“Dostluq çələngi” hesabat konserti keçirilib - FOTOLAR

  • Müəllif: admin
  • 19 İyun 2017 12:44

10

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Milli rəqs” dərnəyinin “Dostluq çələngi” adlı hesabat konserti keçirilib.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, konsertdə dövlət və qeyri-hökumət təşkilatlarından, müxtəlif səfirliklərdən dəvət olunmuş qonaqlar iştirak ediblər.

Konsertin birinci hissəsində milli rəqslər, ikinci hissədə nağıl qəhrəmanlarına həsr olunmuş süjetli rəqslər nümayiş olunub. Üçuncü hissə isə dostluq motivində qurulub. Belə ki, uşaqlar dünya xalqlarına, həmçinin islam ölkələrinə məxsus rəqsləri ifa ediblər.

Sonra qonaqlar tədbir haqqında təəssüratlarını bölüşüblər. Qırğızıstan Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi mərkəzə xüsusi “Təşəkkürnamə” təqdim edib. Həmçinin Milli Olimpiya Komitəsinin nümayəndəsi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Zəfər günləri” layihəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə kollektivin üzvlərinə “Təşəkkürnamə” verib.

Qeyd edək ki, tədbirdə çıxış edən iştirakçılar Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplomlarla təltif olunub.

11

12

Anar

Gununsesi.info