Qaziantəpdə bir dostunun toy mərasimində iştirak edən 20 yaşlı gənc səhər saatlarında gəlin maşınının altından ölü tapılıb.
Gununsesi.org xəbər verir ki, hadisəni ilk olaraq vətəndaşlar görüb və dərhal polisə məlumat veriblər. Polislər Məhmət Dəmirbaşın meyitini avtomobilin altından çıxarıblar.
Polisin araşdırmasından sonra məlum olub ki, M.Dəmirbaş avtomobili ilə dostunun toyunda iştirak edib. Toydan sonra isə onun ölü tapılmasının səbəbləri hələ ki, məlum deyil. Fakla bağlı araşdırma aparılır.
Gununsesi.org