
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info xəbər verir ki,apa-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib. Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlərin dindirilməsi davam edib.
Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Gununsesi.info