Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 445,8 milyard manat təşkil edib.
Gununsesi.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur.
Kredit qoyuluşunun 11 649,6 milyon manatı və yaxud 80,6%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 10,6% çoxdur. Son 1 ildə özəl bankların kredit qoyuluşundakı xüsusi çəkisi isə 81,6%-dən 80,6%-ə düşüb.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 425,4 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,2% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 15,2%-dən 16,8%-ə çatıb.
Oktyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 370,9 milyon manat olub. Bu isə illik müqayisədə 5,4% azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 3,2%-dən 2,6%-ə düşüb.