Dövlət başçılarından prezidentə ad günü TƏBRİKİ

  • By admin
  • 22 Dekabr 2016 10:05
ilham-aliyev
Çin,Türkmənistan, Özbəkistan, Qazaxstan, Belarus, Bolqarıstan, Monteneqro prezidentləri İlham Əiyevi təbrik ediblər.
Gununsesi.info   presidentin rəsmi saytına istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti  İlham Əliyevi  55 illik yubileyi münasibətilə  təbrik edib: “Azərbaycan xalqının mənafeyinə yorulmadan göstərdiyiniz qayğı haqlı olaraq Sizə regionda və onun hüdudlarından kənarda hörmət və nüfuz qazandırıb. Dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi biz Türkmənistanda yüksək qiymətləndiririk.
Bu xoş fürsətdən istifadə edərək sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi səadət, bütün dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Özbəkistan  prezidenti Şavkat Mirziyoyevin İlham Əliyevə ünvanladığı təbrik məktubunda isə bildirilir ki, yürütdüyünüz müdrik və dərindən düşünülmüş daxili və xarici siyasət sayəsində qardaş Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi inkişafın bütün sahələrində sanballı uğurlar qazanılır, xalqın rifahının yüksəldilməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş uğurlu dəyişikliklər və islahatlar dinamik şəkildə həyata keçirilir. “Özbək və Azərbaycan xalqlarını tarixin və zamanın sınağından çıxmış çoxəsrlik həqiqi dostluq və qarşılıqlı hörmət münasibətləri, ortaq və yaxın mədəniyyət, adət və ənənələr sıx bağlayır.
Ötəri olmayan bu dəyərlər Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və etimad prinsiplərinə, ölkələrimizin və xalqlarımızın mənafeyi, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi naminə səmərəli qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli və möhkəm zəmin yaradır”.
Belarus  prezidenti Aleksandr Lukaşenkonun ünvanladığı təbrik məktubunda isə İlham Əliyevin rəhbərliyi altında  Azərbaycanın hərtərəfli nailiyyətlərinə – cəmiyyətin rifahının yüksəlməsinə və iqtisadiyyatın dinamik inkişafına, dövlətçiliyinin və dünyada nüfuzunun möhkəmlənməsinə görə ürəkdən sevinirəm.
Bizim aramızda etimada əsaslanan, bu yaxınlarda Sizin gözəl ölkənizə səmərəli səfərimin gedişində daha da möhkəmlənmiş dostluq münasibətlərini yüksək qiymətləndirir və əziz tuturam. Əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə Belarus-Azərbaycan əməkdaşlığını keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq üçün qarşılıqlı səylərimiz artıq yaxın gələcəkdə hiss olunan nəticələr verəcəkdir.
Qazaxıstan  prezidenti Nursultan Nazarbayevin İlham Əliyevə ünvanladığı təbrikməktubunda isə bildirilir ki, Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk: “Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlərəldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.
Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızınfiravanlığı naminə möhkəmlənməkdə davam edəcək”.
Çin Xalq Respublikasının sədri Si Cinpinin Azərbaycan prezidentinə ünvanladığıtəbrik məktubunda isə son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf etdirilməsi öz əksini tapıb: “İki ölkəarasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digərsahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgünmöhkəmlənir.
Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm”.
Azərbaycan prezidentini 55 illik yubleyi münasibəti ilə təbrik edən Bolqarıstan  prezidenti Rosen Plevneliyev bildirib ki, ölkələrimiz arasında strateji əməkdaşlığın inkişaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram.
Gununsesi.info