Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

15 Fevral 2018 - 21:03

Dövlət başçısı:“Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizə yeni faydalar verir"


“Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin dördüncü toplantısında çıxışı zamanı bildirib.

“Biz milli təhlükəsizlikdən danışarkən, əlbəttə ki, hazırda enerji təhlükəsizliyi ən vacib elementlərdən biridir. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir, bizdə bu, marşrutların və mənbələrin şaxələndirilməsidir. Bu, əsl şaxələndirmədir. Çünki təkcə marşrutların şaxələndirilməsi bizimkindən bir qədər fərqlidir. Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir. Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın. Bu səbəbdən, başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir. İstehsalçıların və ya istehsalçının, – hələ ki, cəmi bir istehsalçı var – Azərbaycan, – tranzit ölkələrin və istehlakçıların maraqları tam şəkildə nəzərə alınır və Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və Cənub Qaz Dəhlizinin üzvü olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq”, – dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, əlbəttə ki, əvvəlki layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizə yeni faydalar verir: “Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb. Biz işsizlik və yoxsulluğu azaltmaq üçün enerji ehtiyatlarından düzgün şəkildə istifadə etməyə müvəffəq olmuşuq. Son 15 ildə əhalimizin 1,5 milyon nəfər artmasına baxmayaraq, işsizlik səviyyəsi çox aşağı – 5 faizdir. Yoxsulluq səviyyəsi 5,4 faizdir, savadlılıq səviyyəsi 100 faizə yaxındır”.

“Biz iqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırmışıq, iş yerləri açmışıq, müasir infrastruktur layihələri yaratmışıq. 2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. Burada iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir. Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə var. Bu, o deməkdir ki, biz rəqabətlilik və inkişafa görə 33-cü və 35-ci yerdəyik. Bu, bizim enerji amili ilə dəstəklənən siyasətimizin göstəricisi və siyasətimizin nəticəsidir. Sözsüz ki, biz Azərbaycanda yeni enerji inkişafı ilə bağlı tərəfdaşlarımızla fəal şəkildə işləməyə davam edəcəyik. Lakin, eyni zamanda, qonaqlarımıza məlumat vermək istərdim ki, əlbəttə, bizim üçün ən vacibi qeyri-enerji sektorudur. Bütün bunlar qısaca olaraq ölkəmiz və tərəfdaşlarımız üçün layihənin faydaları haqqında məlumat idi və onu göstərir ki, Avropanın uzunmüddətli enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi ölkələrimizə müsbət nəticələr verəcək. Bir daha bizimlə birlikdə olduğunuza görə təşəkkür etmək istərdim. Fürsətdən istifadə edərək sizi gələn il Məşvərət Şurasının beşinci toplantısına dəvət etmək istərdim. Düşünürəm ki, həmin vaxta qədər Cənub Qaz Dəhlizinin 3 mühüm seqmenti artıq işə salınmış olacaq və bizim qazımız öz bazarlarına çıxış əldə edəcək”, – dövlət başçısı deyib.

Gununsesi.info