
Filippin prezidenti Ferdinand Romualdez Markosun helikopterlə İngiltərənin məşhur rok qrupu “Coldplay”ın paytaxt Manliadakı konsertinə getməsi etirazlara səbəb olub.
Gununsesi.info xəbər verir ki, hərbi rəsmilər konsertə minlərlə insanın axın etməsi səbəbindən nəqliyyatın dayandığını və bu vəziyyətin dövlət başçısının təhlükəsizliyini təhdid etməsi ilə izah ediblər. Lakin bu açıqlama sosial mediada reaksiyaların qarşısını ala bilməyib.
Bir çox insan iqamətgahı konsert məkanına 40 dəqiqəlik məsafədə olan Markos və həyat yoldaşının “Coldplay” qrupunu dinləmək üçün helikopterlə getməyini xalqın vergilərinin boşa xərcləndiyini bildirib. Sosial mediaya axın edən filippinlilər insanların konsert sahəsinə çatmaq üçün ən azı 2 saat metro ilə getməli olduqlarına diqqət çəkib.
Bir çox istifadəçilər dövlət başçısının xidməti maşınlardan şəxsi ehtiyacları üçün istifadə edə bilməyəcəyini vurğulayaraq “O helikopterin pulu bizim cibimizdən ödənilir” deyib.
Manila metrosu dünyanın ən yavaş metro xətlərindən biri hesab olunur. “Coldplay” qrupunun solisti Chris Martin də şənbə günü konsertlərində çətin şərtlər altında metro ilə onları izləməyə gələn Filippin pərəstişkarlarına təşəkkür edib.
Gununsesi.info