Dövlət Baxçalı CHP sədrinə xəbərdarlıq etdi

  • By Admin2
  • 21 Mart 2025 17:42

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı vətəndaşları küçə aksiyalarına çağıran Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Özgür Özələ xəbərdarlıq edib.

Gununsesi.info Teleqraf-a istinadla xəbər verir ki, o, həmkarını İstanbul bələdiyyəsi ilə bağlı aparılan istintaqa hörmət etməyə çağırıb.

“İstintaqa hörmət edin, öz partiyanızda oturun”, – Baxçalı bildirib.

Xatırladaq ki, CHP sədri bundan əvvəl bütün Türkiyə vətəndaşlarını iftardan sonra meydan və küçələrə çıxmağa çağırıb. Çağırış İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə əlaqədar edilib.

Martın 19-da İstanbul bələdiyyəsinin 100-dən çox əməkdaşına qarşı terror təşkilatına yardım və korrupsiya ittihamları ilə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. İstintaq çərçivəsində saxlanılanlar arasında Əkrəm İmamoğlu da var.

Gununsesi.info