Dövlət Baxçalı: “Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir”

  • By admin
  • 20 Oktyabr 2020 21:07

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı növbəti dəfə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycana dəstəyini ifadə edib.

MHP sədrinin səsləndirdiyi fikirlər partiyanın rəsmi “Twitter” hesabında yerləşdirilib.

HTML tutorial

“Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, fəda edilən türk canıdır, devriləcək və yerlə yeksan ediləcək işğalçı ünsür isə terror dövləti Ermənistandır”, – deyə D.Baxçalı bildirib.

 

 

Gununsesi.info