Bu gün Bayraq gününü qeyd edirik.
Bu konkret tarixdi.Belə ki 28 may 1918-ci ildə əsası qoyulmuş ,Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi şəkildə 9 noyabr 1918-ci ildə qəbul etdiyi bayraq onun xələfi olan Azərbaycan Respublikası da müstəqillik qazandıqdan sonra (18 oktyabr 1991-ci il) dövlət bayrağı kimi qəbul edildi.1988-ci ildə Sovet rejminə qarşı başladılan Xalq hərəkatında minlərlə izdihamın dəstəyi ilə meydana gətirilən bayraq artıq 25 ildir ki,zirvələrə ucalan yolumuza məşəl olub. Neçə şəhidimizin qanına boyanıb, nənəmin təbiricə desəm, Sovetin necə qanlı ,qorxunc rejim olduğunu o dövrü yaşayan bir Azərbaycan vətəndaşı kimi bilirəm. Bəzən yaşlı nəsil indiki gənclərin ərköyünlüyünü görəndə “Görməmisən sən Stalin yumruğunu,Bağırov təpiyini bala” deyirlər.İlk başdan adama qaranlıq qalsa da bu ifadə, sonra bir balaca araşdırma aparıb yaşlı nəslin xatirələrinə qulaq asdıqda adamın qanı donur .Doğrudan da bir rejmin siyasəti balanı atanın üzünə durdurmaqdısa,qardaşı qardaşaöldürtməkdisə,o cəmiyyətdə mərhəmətin ancaq ədəbiyyat kitablarında və sevgi şerlərini bəzəmək üçün yazıldığını anlayar insan.Böyüklər danışırdı ki,çox çətin dövr idi. Bahalıq,ərzaq çatışmazlığı,maaşın aylarla verilməməsi…Amma hamı bu rejimdən razı idi və sakitcə dolanırdı. Səbəb isə bir idi: QORXU.Hamı öz canı üçün qorxurdu…öz yaxınları üçün Bəli bəli öz yaxınları.Çünki bu addımı atan şəxs tək cəzalandırılmırdı. Onun bütün nəsli ləkələnirdi. Buna görə 70 il müddətində susmaqa məhkum olub bu xalq. Elə deyirlər. Elə görünürdü.
Amma bilinməyən məqamlar var idi.Tarixin toz basmış məqamları…Mübarizələr var idi Bağırov rejminin pambıqla baş kəsdiyi vaxtda. Sadəcə, rejmin “nümunəviliyini” qorumaq məqsədiləşirlənib ört –bas edilirdi faktlar.Ama qızıl palçığa batsa belə öz dəyərini itirmir. Bu gün sizə yolu palto oğurluğu kimi alçaq bir ittihamdan,Maştağa ruhi xəstəxanasına qədər uzanan bir şanlı tarixdən danışacam.O tarixdən ki,yazmaq üçün iki gənc hələ çiçəyi burnunda arzularını,xəyallarını yandırıb alovunda toxudular.O tarixdən ki,ömürlərinin nə az,nə çox düz 56-60 ilini şam edib işıq tutdular Yenə səradan bir yaz günü idi .Bakı yenə də vəfalı sevgilisi Xəzərin köksünə sığınmışdı…Min bir dərdini,sirrini ört -basdır edən Xəzərin … Sonra bütün gözlər qız qalasına zilləndi.Bu baqxışlarda hər şey var idi-heyrət,dəhşət,qürur,sevinc,çaşqınlıq. Qız qalasında üç rəngli bayraq dalğalanırdı. Bayraq bizim bayraq idi. Məkan da həmən məkan idi. Ama zaman uyğun deyildi. Çünki bu hadisə 1956 –cı ilin 28 may tarıxində baş vermişdi. Stalini dəfn edərək yasını yenicə yola vermiş rejim Bağırovu məhkəməyə çəkməklə məşqul idi.Sual yaranırdı: O bayraq ora necə sancılmışdı? Kim idi onu oraya daşıyan şir ürəyi yemiş ?
Axı kim öz taleyi ilə çiling ağac oynaya bilərdi? Bir cavab var idi: Cahid Hilaloğlu!!!
Cahid Hilal oğlu Şirinov 1928-ci ildə (doğum günü və ayı müəyyənləşdirilməyib) Azərbaycan SSR-in Ağdam şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub valideyinlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır. 1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə, illər boyu ananın oğul,bacının qardaş üzünə həsrət qalmasıyla barışmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı.Təhsil aldığı ali məktəbdə fikirdaşlarını tapır. Çingiz Mirzağa oğlu Abdullayev və başqa yaşıdları ilə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururlar. Əhalini Beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar. Vərəqələr xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Nəticədə Çingizi ali məktəbdən qovulur, “islah” olunmaq üçün 3 illiyə həbsxanaya yollayırlar.Bununla da rejissor olmaq arzusu bitir bu gəncin.Çingiz aktyor idi indi….SSRİ adlı amansız rejissorun onun üçün qurmuş olduğu səhnədə oynamağa məcbur idi. Dəstənin başqa üzvlərini isə tənbeh etməklə kifayətlənirlər. Çünki rejim belə bir hadisəni qabartmaq istəmirdi.Onun öz məkirli siyasəti var idi. Lakin bu cəza onları yollarından döndərmir. Çingiz Bakıdan uzaqlarda olanda da daim Cahidlə əlaqə saxlayır.
Çingiz qeydiyyatdan çıxmaq ümidi ilə Moskvaya gedir və orada başqa yollar aramağa başlayır. Cahidlə telefon söhbətlərində aradığı yollardan da danışır və onu, lazım gələndə, Moskvaya çağıracağını bildirir. ABŞ səfirliyi ilə bağlantı qura bilsə də, DTK (Dövlət Təhlükəsizlik Komitəsi) onun görüşlərindən xəbər tutur və o, həbs olunur. Çingiz 10 il həbs kəsilir. Bir il sonra ədliyyə nazirinə yazdığı ifşaedici məktubdan sonra onun işinə yenidən baxılır. Cəza müddəti bir il də artırılır və o, Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya, təkadamlıq kameraya göndərilir… 1963-cü ildə sakit oturmadığını görüb Çingizi Mordvadakı xüsusi-ciddi rejimli islah-əmək düşərgəsinə, 1964-cü ildə isə Ümumittifaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna «müayinəyə» göndərirlər. İnstitutun direktoru – DTK-nın ilk rəhbərlərindən F.E.Dzerjinskinin qızı M.F.Talsenin başçılıq etdiyi komissiya 1956-cı ildə Çingiz Abdullayevə «anlaqlı» diaqnozu qoysa da, 9 il sonra o, «anlaqsız» hesab edilir. Beləcə, Çingiz Yaroslavl vilayətinin Rıbinsk şəhərinə – SSRİ Daxili İşlər Nazirliyinin xüsusi tibbi-psixiatrik xəstəxanasına məcburi müalicəyə, daha sonra Sçov şəhərindəki xəstəxanaya göndərilir. 1968-ci ildə Smolensk vilayətinin Sçov şəhər xalq məhkəməsinin qərarıyla Çingiz Abdullayevi Bakıya 1 nömrəli Maştağa Psixiatrik Xəstəxanasına yollayırlar… Özünü biləndən vətəni üçün nəsə etməyi düşünən Çingiz, vətəənə döndüyünə sevinə bilmir.Xəstəxananın baş həkimi onunla pis davranması, olub-keçənlər onun səhhətinə pis təsiri ilə yanaşı ona verilən psixatrob dərmanlar halını pisləşdirir.Qeyri müntəzəm qidalanmanın nəticəsidir ki,mədəsində və onikibarmaq bağırsağında xora və pankreatin xəstəliklərinə tutulur… Tibbi komissiya ona ikinci qrup əlillik verir. Ən maraqlısı, Çingiz burada onun kimi məcburi «müalicəyə» göndərilmiş məşhur dissident Nadir Ağayevlə rastlaşır. Başına gələnləri yazıb onun qohumlarına göndərir. 14 il 4 aydan sonra – 1970-ci il avqustun 25-də onu «müalicəxana-həbsxana»dan azad edirlər. İkinci qrup əlil olduğu üçün Çingiz Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir.
Ancaq… burada da fikirlərini azad söyləyir, Sovet hökumətini ifşa etməyə davam edir. Onu nəzarətdə saxlayır və ətrafda fikir formalaşdırmağa çalışırlar. Bütün məşəqqətlərə bxmayaraq Çingiz öz fikrindən dönmür. Yenə də plan qurur. 1982-ci il sentyabrın 15-də milisin gözündən yayınaraq, Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Onu səfirliyin həkimlərinə müayinə etdirirlər. İsveçrədən çağırılan iki professor da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyir. İsveçrədə və başqa xarici ölkələrdə çıxan qəzetlər onun haqqında geniş məqalələr yazırlar. Sovet tərəfi vəziyyəti nəzarət altına almaq üçün Çingiz Abdullayevə İsveçrə səfirliyindən çıxıb vizası gələnədək gözləməyi, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcəyini vəd edir. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» mehmanxanasında qalmağa razılaşır və səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun bütün xərclərini ödəyir, müalicəsinin qayğısına qalır.(Əli və Əzizə Şamillərin araşdırmasından) Ancaq SSRİ Ali Soveti Rəyasət Heyətində Çingizin xaricə getmək məsələsi süründürməçiliyə salınır. 1984-cü il oktyabrın 14-də DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otel nömrəsinə daxil olur və Çingizi həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirir. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Çingizi gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən ayrı Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixiatrik Xəstəxanaya salırlar…
1991-ci ildə əynində nimdaş paltarı ,ağarmış saçlarını xəzri dağıdan ,beli bükülmüş bir qoca kələ kötür küçədə asta-asta gedirdi .Gözü bir dövlət binasının üstündə dalğalanan üç rəngli bayrağa sataşdı. Tez nəzərlərini qaçırıb başqa yerə yönəltdi.O aləmi bürüyən azadlıq şüarlarına da əhəmiyyət vermədi. …Çünki bunun həqiqət olacağına inanmırdı. Ruhi dispanserdə demək olar ki,bütün ömrünü keçirmiş biri üçün bu normal hal idi.Onu heç kim gözləmirdi. Ömrünü azadlığı yolunda mücadiləyə qurban vermişdi o. İlk işi İsveçrə hökumətindən sığınacaq istəmək oldu.Bu arzusunu düz 47 il sonra reallaşdırdı. 1991-ci ildə İsveçrəyə bir daha dönməmək üzrə yollandı.Deyilənə görə Çingiz Abdullayevi sonuncu dəfə 1998-ci ildə görüblər.Onunla İsveçdə ünsiyyətdə olan bəzi şəxslər qeyd edirdilər ki,Çingizə bu illər ərzində o qədər psixatrob dərman və iynələr qəbul etdirilib ki,onun müalicəsi mümkünsüz idi. . C. Hilaloğlu 1952-ci ildə institutu bitirib M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında işə başlayır. Burada işlədiyi müddətdə qurluşdan narazılığını müxtəlif vasitələrlə ifadə etsə də, hələlik ona qarşı sərt tədbirlər görülmür. 1956-cı ildə qurluşun bütün nöqsanlarının Stalinin adı ilə bağlandığını, böyük və hay-küylü bir kampaniya başlandığını görən gənçlər burada sərbəs fəaliyyət göstərməyin mümkünsüzlüyünə tam yəqin olaraq xaricə getməyi, mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyi qərəra alırlar. Bəs xaricə necə getməli? Rejm sərt, sərhədlər bağlı. Giney Azərbaycanda iki il yaşamış Cahid qaçmaq üçün ən münasib yer İranı sayır. Rayonlarda yüksək ixtisaslı kadrlara böyük ehtiyac olmasından istifadə edib Azərbaycan Mədəniyyət Nazirliyinə ərizə yazaraq Lerik rayonunda işləməyə getmək istədiklərini bildirirlər. İstəklərinə də müsbət cavab alırlar. Onlar Azərbaycanın böyük xəritəsini alır, Lerik dağlarında sərhədin zəif nöqtəsini müəyyənləşdirir, oradan İrana keçməyi planlaşdırırlar. Məqsədləri oradan da Turkiyəyə keçib Çingiz Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq idi. Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə getməsinə icazə ala bilmir. O, Moskvaya pasport qeydiyyatından çıxmağa gedir. Orada Amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır.Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də istəyini dinləyir və təkrar görüş təyin edir. Dörd gün sonra, yəni 1956-cı il mayın 8-də Cingiz səfirliyin hərbi attaşesi Frenklə görüşsə də üçüncü görüş ərəfəsində DTK əməkdaşları tərəfindən yaxalanır. Beləliklə onların xaricə getmək cəhdi də baş tutmur. 1956-cı il martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana,hətta onun sərhədindən uzaqlara da yayılır. C. Hilaloğlu və dostları Sovet ordusunun Tbilisi şəhərində onlarla qocanı, qadını, uşağı oldürməsini və həbsxanaya atmasını pisləyirlər. Bu hadisələrin üstündən heç 7-8 ay keçməmiş Sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər. 1957-ci ilin mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar. Bu qərarın icrası ilə bağlı xatirələrdə bir dolaşıqlıq, qeyri dəqiqlik var. Yekdil fikir odur ki,bayrağı Qız qalasının üzərinə qaldıran Cahid Hilaloğlu olub. Bəs bu plan harada, kimlərin iştirakı ilə hazırlanıb, necə həyata keçirilib?- Bu və bayrağın necəkim tərəfindən hazırlanması sualının cavabını o qəhrəmanlar özləri ilə məzara daşıdılar təəssüf ki Bayrağın Qız qalasında dalğalanmasını iki milis işçisi müəyyən edir .Onlar Cahidi tutur,amma maraqlısı odur ki,sorğu sual etməmiş buraxırlar.Arxayınlaşan Cahid bilmirdi ki, bu, fırtına öncəsi sakitlikdi…Bir neçə gün sonra olduqca əsassız bir ittihamla həbs edilir qəhrəmanımız: Palto oğurluğu!!!
Bəli belə iyrənc,alcaldıcı ittiham ancaq DTK-nın (KQB) məqsədlərinə uyğun ola bilərdi. Onu Aərbaycan SSR CM 21-63 maddəsilə və Aərbaycan SSR Ali Sovetin Rəyasət Heyyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbligatı və təşviqatında ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır. C. Hilaloğlu cəza müddətini Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərigəsi adlandırılsa da əslində siyasi məhbislar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir. Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə də uzun müddət işsiz qalır. 1969-cu ildə Erivanda yendən bərpa edilmiş C.Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə başlayır. KQB orada da C. Hilaloğlunu dinc buraxmır.Gah səhnədən söylədiyi sözün ayrı cür yozulduğuna görə, gah tamaşaya qoyduğu əsər başqa cür başa düşüldüyünə, gah da yoldaşları ilə yeyib-içərkən söylədiyi sağlıqdan millətçilik qoxusu gəldiyinə görə “söhbətə” çağırırlar. 1971-ci ildə Bakıya qayıdır və vaxtı ilə oxuduğu ali məktəbin Tədris Teatrında rejissor işləməyə başlayır. Onun teatır İnstitututunda işə girməsi və işdən çıxması Rahib Hüseynovun rektor işlədiyi dövrə təsadüf edir. O, dövrdə hər adam soyadının sonuna oğlu ifadəsini əlavə edə bilməzdi. Buna yuxarıların ya razılıq verməsi lazım gəlirdi, ya da uzun süründürməçilikdən, böyük dava-qalmaqaldan sonra mümkün olurdu. Belə soyadı həmin şəxsə millətçi damğası vurulması, cəmiyyətdən təcrid edilməsi üçün yetərliydi. Rahib müəllimin yaşıdı olan Cahid haqqında kifayət qədər bilgisi olması şübhəsizdir. Bütün bunlara baxmayaraq az sonra ona İnstitutututda rejissorluqdan dərs deməyə də icazə verir. Cahid Hilaloğl ilə Rahib Hüseynov arasında bağlılığın hansı səviyyədə olduğunu aydınlaşdıra bilmədik. R. Hüseynov həbs olunan kimi C. Hilaloğlu ərizə yazıb işdən çıxır. Bu da R.Hüseynovun cinayətkar kimi həbs edilməsinə şübhə ilə yanaşmağa əsas verir. Çünki həmin dövürdə Azərbaycandakı ali məktəblərin rəhbərlərinin əksəriyyəti elə Rahib müəllim kimi işləyirdi. 1976-cı ilin aprelin 13-də öz ərizəsilə işdən gedən C. Hilaloğlu xeyli işsiz qaldıqdan sonra Ağdam şəhərində yeni açılmış dövlt dram teatırında fəaliyyətə başlayır.Ömrünün sonunadək orada çalışır.1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir “Volqa” avtomobili Cahidi vurur. Bu qəzasından həlak olan C. Hilaloğlunu Ağdam şənərində dəfn edirlər (Xüsusi xidmət orqanlarının təşkil etdikləri avtomobil qəzaları, qəfil olümlər haqqında o qədər faktlar aşkarlanıb ki, C. Hilaloğlunun ölümünə də təsadüfi avtomobml qəzası kimi baxmaq olmur).
Hansısa məşhurun bir sözü var: xəyallarının arxasınca qaç. Əmin ol ki, onlar bir gün yorulacaqlar. Cahid və Çingiz əməllərinin bəhrəsini görməsələr də, bu xalq üçün şanlı tarixin vərəqərinə qızıl hərflərlə öz adlarını yazdırmağı bacardılar.
Bayraq gününüz mübarək olsun!
Pərvin Abışova
Gununsesi.info