Dövlət Baytarlıq Nəzarəti Xidməti nöqsanlar aşkarladı

  • By admin
  • 14 Sentyabr 2016 17:47

 

nezaret1

HTML tutorial

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar sentyabrın 12 və 13-də gücləndirilmiş iş rejimində çalışıb.

Xidmətin mətbuat katibi Yolçu Xanvəlinin Gununsesi.info-ya  verdiyi məlumata görə, sentyabrın 14-də Qurban bayramı və bayramdan sonra heyvan satışı və kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti reydlərini davam etdirmişdir. Keçirilən reydlərdə kütləvi informasiya vasitələri nümayəndələri də iştirak ediblər.

Səhər saatlarında başlanan reydlərə Yasamal rayonundan start verilib, daha sonra bu tədbir Xətai, Nərimanov və digər rayonlarda davam etdirilib. Bakı şəhərinin bəzi rayonlarında ayrı-ayrı vətəndaşlar tərəfindən icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsimləri aparıldığı və baytarlıq-sanitariya qaydalarının pozulması qeydə alınıb. Pozuntular aradan qaldırılıb, ərazilər təmizləndikdən (mənzil kommunal təsərrüfatı işçiləri tərəfindən təmizlənir) sonra Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən dezinfeksiya edilib.

Belə halların qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən qruplar yaradılaraq Bakı Şəhər Baytarlıq İdarəsi ilə birlikdə sentyabrın 13-dən reydlərə start verib.

Aparılan reydlər zamanı icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsiminin qarşısı alınəb və baytarlıq-sanitariya qaydalarını pozan ayrı-ayrı şəxslər haqqında ciddi inzibatı tədbirlər görülüb. Eləcə də qanun pozuntularının qarşısı alınıb, heyvan satışı və kəsimi yerlərində dezinfeksiya işləri həyata keçirilib.

Növbəti günlərdə də reydlər davam etdiriləcək, qanunsuz kəsimlə məşğul olan, baytarlıq-sanitariya qaydalarını pozan şəxslər haqqında ciddi inzibati tədbirlər, cərimə sanksiyaları tətbiq olunacaqdır. Bu tədbirlərin aparılması Kənd Təsərrüfatı Nazirliyinin nəzarətindədir.

nezaret2

 

nezaret

Anar

Gununsesi.info