Dövlət büdcəsinin gəlirlərində azalma davam edəcək -RƏSMİ AÇIQLAMA

  • By Mayil
  • 26 Noyabr 2016 11:47

hesablama-palatasi 

Dövlət büdcəsinin gəlirləri 2018-2020-ci illərdə müvafiq olaraq 15 696,7 mln. manat, 15 252,8 mln. manat və 14 737,9 mln. manat olmaqla azalma ilə nəzərdə tutulub. 

Gununsesi.info Palataya istinadən xəbər verir ki,  2018-2020-ci illərdə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin müvafiq olaraq 24,6%, 22,5% və 20,9% səviyyəsində azalması nəzərdə tutulur. Bu da həmin illər üzrə büdcə gəlirlərinin azalma, ÜDM-in isə artımla proqnozlaşdırılması hesabınadır.

2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 600,0 mln. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 184,5 mln. manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1 895,0 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az nəzərdə tutulub.

Gülnaz Qənbərli

Gununsesi.info