Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisə gətirildi

  • By admin
  • 19 May 2018 17:16

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Deputat bildirib ki, “2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi  gələn həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.

Gununsesi.info