Dövlət büdcəsinin neft gəlirləri azalıb

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz və ya 917,9 milyon manat azalaraq 5 milyard 863,4 milyon manat icra edilib.

Gununsesi.info Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, neft gəlirləri proqnoza nisbətən 15,1 faiz və ya 1 milyard 41,8 milyon manat az icra edilib ki, bu da illik proqnozun 42,6 faizini təşkil edir.

HTML tutorial

2021-ci ilin I yarımilliyində dövlət büdcəsinin neft gəlirlərinin proqnoza və ötən ilin 6 ayına nisbətən az daxilolmasının əsas səbəbi Dövlət Neft Fondundan transfertin proqnoza nisbətən 1 milyard 403,3 milyon manat və ötən ilin I yarısı ilə müqayisədə isə 978,3 milyon manat az olması ilə əlaqədardır.