Qəzza zolağına humanitar yardımın həcmi arzuolunan səviyyədən çox uzaqdır, ABŞ onu genişləndirməyə çalışır.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Biz humanitar yardımın Qəzzaya istədiyimiz həcmdə çatmadığını görürük. Biz daha çox humanitar yardım göndərməyə sadiqik. Bu məqsədlə biz İsraillə daim əlaqə saxlayırıq”, – Miller jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Dövlət Departamentinin sözçüsü xatırladıb ki, Birləşmiş Ştatlar havadan humanitar yardım göndərməklə yanaşı, yüklərin dəniz yolu ilə də çatdırılması üzərində işləyir.
“Lakin bunların heç biri yardımın böyük hissəsinin Qəzzəyə quru yollarla axması ilə bağlı əsas mövqeyimizi dəyişdirmir”, – Miller deyib.
Miller İsrailin ABŞ prezidenti Co Baydenin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə İsrailin qurudan hücumunun Təl-Əviv üçün “qırmızı xətt” olacağı ilə bağlı xəbərdarlığına zidd olan niyyət bəyanatlarını da “Anadolu”ya şərh edib.
“Biz açıq şəkildə gözlədiyimizi ifadə etmişik ki, İsrail hökumətindən çoxu didərgin düşmüş 1 milyondan çox fələstinlinin yaşadığı Rafah şəhərinə hərbi hücumdan əvvəl etibarlı və həyata keçirilə bilən humanitar plan təqdim etsin. Bu günə kimi biz hələ belə bir plan görməmişik”, – deyə o bildirib.
Gununsesi.info