
“Birləşmiş Ştatlar Avropa Şurası, Avropa Birliyi və digərləri kimi noyabrın 18-də Azərbaycanın Ali Məhkəməsinin REAL hərəkatının sədri İlqar Məmmədovun appelyasiyasına verdiyi imtina qərarına dair narahatlıq bildirir”.
Gununsesi.info-nun xəbərinə görə, bu fikirlər ABŞ-ın Dövlət Departamentinin yaydığı bəynatda əks olunub.
Bəyanatda deyilir:
Biz Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı sürülən bitün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqqları Məhkəməsinin 2014-cü ildə verdiyi qərara riayaət etməyə, və cənab Məmmədovda daxil olmaqla əsas azadlıqlardan yararlanmalarına görə həbsdə olan şəxsləri azad etməyə çağırırıq.
Gununsesi.info