Dövlət Departamenti Azərbaycanı həm təriflədi, həm də tənqid etdi

  • By admin
  • 17 Dekabr 2021 15:48

ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizəyə dair illik hesabatı açıqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, hesabatda Azərbaycanın bu sahədə faəliyyətinə də geniş yer ayrılıb.

HTML tutorial

Azərbaycan “terror cəhdlərinin, həmçinin öz quru və dəniz sərhədlərilə pul və materialların keçiriməsinin aşkar edilməsi və qarşısının alınması” üzrə fəal işə görə ABŞ Dövlət Departamentinin terrorizmə qarşı mübarizəyə dair illik milli hesabatlarında hələ də təriflənən ölkələr sırasındadır.

Lakin artıq ikinci dəfədir ki, hesabatlarda hakimiyyətin siyasi opponentləri və dini fəalları terrorçular kimi təqdim etmək və yaxud onların hərəkətlərini “terrorizm” və ya “ekstremizm” kimi tövsif etmək cəhdlərindən danışılır, – TURAN-ın Vaşinqton müxbiri bildirir.

Cümə axşamı dərc olunan 2020-ci il üçün terrorizmə qarşı mübarizə haqqında hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda “terror aktları barədə məlumat verilməyib”.

Hüquq-mühafizə və təhlükəsizlik orqanları terror hücumlarının qarşısının alınması və aradan qaldırılması üzrə əməliyyatlar aparıb, terrorizmdə şübhəli bilinən şəxsləri həbs və təqib edib, habelə Azərbaycandan kənarda terror qruplarına bağlılıqda və ya onların maliyyələşdirilməsində şübhəli bilinən azərbaycanıları xaricdən gələrkən təqib ediblər.

Bununla yanaşı, hüquq-mühafizə orqanları bu və ya digər hərəkətləri özbaşına “terrorizm” və ya “ekstremizm” kimi tövsif edirlər edirlər ki, bu da siyasi opponentləri və dini fəalları məhkəmə təqibi, həbs və amansız rəftarın obyektləri edir”.

Gununsesi.info