Dövlət Departamenti: “Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir”

“Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələri davam etdirmək fikrində deyilik. Bu, Amerika Birləşmiş Ştatları olaraq bizim maraqlarımıza zidd olardı. Hesab edirik ki, Azərbaycanla bütün diplomatik əlaqələrimizi dayandırsaq, bu, regionda sülh və təhlükəsizliyə xələl gətirər”,. – deyə Miller bildirib.

Biz həmçinin davamlı sülh əldə etmək üçün onlarla işləməyə davam edirik və bu, diqqətimizdə qalacaq”, – ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

Gununsesi.info