Dövlət Departamenti Bakıdakı danışıqları müsbət adlandırdı

  • By admin
  • 07 Dekabr 2023 15:16

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda aparılan danışıqları “pozitiv və konstruktiv” adlandırıb.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, dövlət katibi Antoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini sülh danışıqları üçün gözləyir.

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim. Mən Azərbaycan prezidenti İlham Əliyevə dedim ki, Birləşmiş Ştatlar Mərkəzi Bankın rəhbəri və Azərbaycanın energetika nazirinin səfərlərini gözləyir, dövlət katibi Antoni Blinken isə Vaşinqton sülh danışıqları üçün tezliklə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Bayramov və Mirzoyanı Bakıda qəbul etməyə ümid edir”, – amerikalı diplomat X sosial şəbəkəsində yazıb.

Gununsesi.info