“Dövlət katibi Antoni C. Blinken Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Dövlət katibi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini və Birləşmiş Ştatların noyabrda Bakıda keçiriləcək uğurlu COP29-a dəstəyini vurğuladı”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, daha sonra əlavə edib:
Dövlət katibi Blinken və Prezident Əliyev Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi səylərini müzakirə ediblər. Katib əvvəlki danışıqlara əsaslanaraq, ABŞ-ın bu səylərin uğurla başa çatması üçün dəstəyini bir daha vurğuladı. Dövlət katibi Azərbaycanın insan hüquqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsinin vacibliyini qeyd edib.
Gununsesi.info