Dövlət Departamenti İsveçin NATO-ya üzvlüyünə dəstəyini açıqladı

  • By admin
  • 05 Yanvar 2024 08:20

ABŞ dövlət katibi Entoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı aparıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Blinken Vaşinqtonun İsveçin NATO-ya qəbulu ilə bağlı sənədlərin dərhal ratifikasiyasına dəstəyini ifadə edib.

Dövlət katibi dekabr ayında iki ölkə arasında müdafiə tərəfdaşlığı sazişinin imzalandığını təsdiqləyib.

Blinken vurğulayıb ki, İsveçin NATO-ya daxil olması bütün müttəfiqlərə fayda verə bilər.

Gununsesi.info