Dövlət Departamenti: “Türkiyə Gülənin qaytarılmasını rəsmi olaraq istədi”

  • By admin
  • 24 Avqust 2016 10:20

gulen

ABŞ Dövlət Departamenti Türkiyənin  Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri  Fətullah Gülənin qaytarılmasını rəsmi olaraq tələb etdiyini açıqlayıb.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ  Dövlət Departamentinin mətbuat sözçüsü Mark Toner keçirdiyi brifinqdə  FETÖ lideri Gülənin ekstradisiyasıyla bağlı sualları cavablandırarkən deyib. Türkiyənin  ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin qaytarılmasıyla bağlı  tələbinə dair hər hansı  yeniliyin olub – olmadığının soruşan mediya nümayəndələrinə  Toner: “Türkiyənin Güləninrəsmi olaraq qaytarılmasını tələb etdiyini təsdiq edə bilərik” – deyə, cavab verib. Toner bu mərhələdə ekstradisiya bağlı sənəd və materialların dəyrələndiriləcəyini  ifadə edərək bildirib ki, tələbin əsas qayəsi 15 iyul dövlət çevrilişinə cəhdlə əlaqədar deyil. Tələblə bağlı daha çox məlumat verə bilməyəcəyini vurğulayan Toner, 15 iyul dövlət çevrilişinə cəhdindən kənar  “digər səbəblərdən dolayı” Gülənin ekstradisiyasının  istənildiyini də söyləyib.

Gülnaz Qənbərli

Gununsesi.info