Dövlət Departamentindən Azərbaycan – Ermənistan danışıqlarına dair AÇIQLAMA

  • By admin
  • 27 İyun 2023 22:14

ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son səylərini alqışlayır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib

Qeyd edək ki, bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.

Danışıqlar iyunun 29-dək davam edəcək.

Gununsesi.info