ABŞ yaxın aylarda Bakı ilə İrəvan arasında danışıqların davam etdiriləcəyinə ümid edir.
Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
“Biz əvvəlki kimi hesab edirik ki, razılaşma mümkündür və yaxın aylarda növbəti danışıqlara ümid edirik”, – diplomat deyib.
Xatırladaq ki, 27-29 iyun tarixlərində xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ABŞ-nin Arlinqton şəhərindəikitərəfli görüş olub. Onlar Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
E. Blinken Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçılarının görüşlərinin növbəti raunduna yekun vuraraq bildirib ki, danışıqlarda irəliləyiş var, lakin yekun razılaşmaya qədər hələ çox işlər görülməlidir.
Gununsesi.info