Dövlət Departamentindən Qarabağdakı toqquşmaya reaksiya

Qarabağda baş verən silahlı toqquşma ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

Gununsesi.info həmin açıqlamanı təqdim edir:

“Dağlıq Qarabağda insan itkisi bizi çox narahat edir. Son hadisələr hərbi əməliyyatlardan çəkinməyin, davamlı və ləyaqətli sülhün zəruri olduğunu göstərir. Birləşmiş Ştatlar bu məqsədə çatmaq ücün tərəflərə yardım etmək öhdəliyini üzərinə götürüb” .

Şəbnəm
Gununsesi.info