Dövlət Departamentinin rəsmisi: “Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır”

  • By admin
  • 24 İyun 2016 17:47

56a0eb537b8c83b2ffb2089b3c47cafe

 

HTML tutorial

“Azərbaycan Birləşmiş Ştatlar üçün vacib tərəfdaşdır. Azərbaycana səfərimin məqsədi əlaqələrimizi genişləndirməkdir”. Gununsesi.info-nun məlumatına görə, bu haqda Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink bu gün keçirdiyi mətbuat konfransında deyib. B.Brink qeyd edib ki, ABŞ Azərbaycanla təhlükəsizlik, iqtisadiyyat, energetika və demokratiya sahəsində münasibətləri inkişaf etdirir: “Təhlükəsizlik sahəsində də əməkdaşlığımızı inkişaf etdiririk. Biz yeni “İpək Yolu” təşəbbüsünü dəstəkləyirik. Bu layihəni həyata keçirməklə, Azərbaycan yükdaşımalar mərkəzinə çevrilir. İqtisadi inkişaf və təhlükəsizlik baxımından vacib məsələdir. İqtisadiyyat və enerji sahəsində əməkdaşlığı müzakirə etdik. Əməkdaşlığımızın göstəricisi olan Səngəçal terminalına baş çəkdim. Görüşlərim müsbət və konstruktiv keçib”,  – deyə o bildirib.

Diplomat ölkə prezidenti, XİN rəhbəri və müxalifət nümayəndələri ilə görüşdüyünü də vurğulayıb: “ABŞ bu yaxınlarda Azərbaycanda jurnalistlərin, fəalların və digər şəxslərin azad olunmasını alqışlayır. Səfərim zamanı azad olunan bir sıra şəxslərlə görüşlərim oldu. ABŞ bu məsələlərə hər zaman dəstək verir”, – deyə o bildirib.

Mürtəza Bünyadlı