ABŞ Vaşinqtonun terror təşkilatı elan etdiyi PKK ilə mübarizədə NATO müttəfiqi Türkiyənin qətiyyətlə arxasındadır.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatı ilə bağlı Anadolu agentliyinin sualını cavablandırarkən deyib. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirib ki, Ankarada son terror aktının təşkilatçıları əvvəllər orada təlim keçərək Suriyadan gəliblər.
ABŞ-ın xarici terror təşkilatı elan etdiyi PKK ilə mübarizədə ABŞ NATO müttəfiqimiz Türkiyə və türk xalqının yanında möhkəm dayanır.
Bununla belə, Patel PKK ilə onun Suriya qolu olan YPG arasında əlaqə barədə açıqlama verməyib. “Bizim bu konkret bəyanatların doğruluğunu təsdiqləmək üçün kifayət qədər məlumatımız yoxdur. Belə olan halda mənim təklif edəcəyim heç nə yoxdur” – deyə, xüsusilə qeyd edib.
O, həmçinin PKK və YPG-nin Türkiyəyə yönəltdiyi təhdidlərin və ABŞ-ın bu mövzuda mövqeyinin “təcrid vəziyyətləri” olub-olmadığı sualına cavab verməkdən çəkinib. Dövlət Departamentinin sözçüsü “Mən ABŞ-ın uzun illər davam edən siyasətini dəyişdirmək üçün burada deyiləm” deyib.
Bununla belə, o əlavə edib ki, Birləşmiş Ştatlar “PKK-nın Türkiyə üçün yaratdığı təhlükəsizlik təhdidini” tanıyır.
Dövlət Departamentinin sözçüsü YPG-nin Türkiyə üçün təhlükə yaratması ilə bağlı suala da dəqiq cavab verməyib. “Mənim bu mövzuda təmin edə biləcəyim hər hansı təhlükəsizlik qiymətləndirməm yoxdur”, – deyə bildirib.
Səid Əhmədli
Gununsesi.info