Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

  • By admin
  • 24 Yanvar 2017 11:53

duma

Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib.

Gununsesi.info-nun məlumatına görə, qərar bu il üçün Rusiya federal büdcəsinin qəbul olunmasından və AŞPA qış sessiyasında iştirakdan imtina etdikdən sonra qəbul olunub.

Məlumata görə, Dövlət Dumasının 2017-ci ildə fəaliyyət prioritetləri MDB və BRİKS ölkələri ilə parlamentlərarası əməkdaşlıq olacaq.

Bu il Dövlət Dumasının Rusiya xaricində səyyar iclasları keçiriləcək. Bu iclasların Azərbaycan və Qırğızıstanda keçirilməsi planlaşdırılıb.

Gununsesi.info