“Dövlət ehtiyatları haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda təsdiq edilib.
Gununsesi.info xəbər verir ki, bu məsələ parlamentin dekabrın 19-da keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi 4 fəsil, 14 maddədən ibarətdir. Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə analoji mallar, bazar iştirakçısı, dövlət ehtiyatlarının brondan çıxarılması və borc verilməsi, əvəzləşdirilməsi, strateji əhəmiyyətli mallar, strateji ehtiyatlar kimi anlayışlar yer alıb.
Gununsesi.info