Dövlət Feldyeger Xidmətinin 30 sabiq əməkdaşı pensiyalarından narazıdır - MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT

  • By admin
  • 10 Avqust 2020 10:40

 

 

Birici Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edən pensiyaçılar Nazirlər Kabinetinin 170-7 saylı qərarının ləğvini istəyir

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətində uzun müddət işləyərək müxtəlif vaxtlarda pensiyaya çıxmışıq. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 saylı fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib. Pensiyaya çıxamağımıza baxmayaraq bizim pensiya təminatı hüququmuz pozulub və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Dövlət Feldyeger İdarəsindən hazırda pensiya çıxan şəxslər bizdən daha çox pensiya ilə təmin edilirlər”.

Bu barədə Gununsesi.info-nun redaksiyasına Dövlət Feldyeger Xidmətinin 30 sabiq əməkdaşının müraciətində bildirilir.

Müraciətdə bildirilir ki, buna səbəb Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarıdır: “Belə ki, həmin qərara əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 01 mart tarixinədək ehtiyyata buraxılan və pensiya təyin edilən xüsusi rütbəli şəxslərin vəzifələri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə uyğunlaşdırılub və vəzifə maaşları isə köhnə qaydada saxlanılıb.

2017-ci ilin mart ayının 1-dən sonra Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən pensiyaya çıxan şəxslər vəzifə maaşına nisbəti çox aşağı şəkildə uyğunlaşdırılıb və nəticədə biz pensiyaçıların pensiya məbləği hədsiz dərəcədə azlıq təşkil edib. Bu eyni zamanda Dövlət Feldyeger Xidmətindən pensiyaya çıxan şəxslər arasında narazılığın yaranmasına və ya diskriminasiyaya yol açıb. Belə ki, 2017-ci ilin mart ayının 1-dən sonra pensiya çıxan şəxslər isə daha yüksək pensiya təminatı ilə əhatə olunurlar. Amma müraciət edənlərin aldığı pensiya məbləği Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində olan vəzifələrə uyğunluq təşkil etməyib. Bu barədə bizim əmək pensiyasının yenidən hesablanmasına dair ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət etmişik. Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi müxtəlif bəhanələrlə əmək pensiyasının yenidən hesablanmasından imtina edib.

Ərizəçilərin bir hissəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin imtinanın əsassız və qanunsuz hesab olunmasından 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə (indiki Bakı İnzibati Məhkəməsi) müraciət edilmişdir. Belə ki, ərizəçilərdən biri Bayramov Nəcməddin Seyfəddin oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş pensiyanın Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq, yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin üzərinə qoyulması dair qərar qəbul edilməsini xahiş edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.06.2017-ci il tarixli 2-1(81)-3205/2017 saylı qərarı ilə iddiaçı Bayramov Nəcməddin Seyfəddin oğluna təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq, yenidən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial MüdafiəFondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilib. Cavabdeh tərəfin apelyasiya və kasasiya şikayətləri təmin olunmayıb.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2-1(81)-3205/2017 saylı qərarı icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilib. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi qərarın icrası üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 25 iyul 2019-cu il tarixli, 19632077726 saylı məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Dövlət Feldyeger Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilmiş 11 noyabr 2015-ci il tarixli məlumat vərəqinə əsasən iddiaçı Bayramov Nəcməddin Seyfəddin oğluna 12 noyabr 2015-ci il tarixində 37 il, 05 ay xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında 887.20 (səkkiz yüz səksən yeddi manat 20 qəpik) manat əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim edilmiş 18 aprel 2019-cu il tarixli 1043 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq Bayramov Nəcməddin Seyfəddin oğluna aylıq 941.07 (doqquz yüz qırx bir manat yeddi qəpik) manat məbləğində pensiya təyin edilib. Təyin olunan pensiya məbləği Bayramov Nəcməddin Seyfəddin oğlunun 11 noyabr 2015-ci il tarixində Dövlət Feldyeger Xidmətindən Heyət şöbəsinin rəisi vəzifəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin I şöbəsinin rəisi vəzifəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarına əsasən uyğunlaşdırılıb”.

Müraciətdə daha sonra bildirilir ki, ərizəçilərdən daha biri Yediyarov Rizvan Yediyar oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi diplomatik kuryer şöbəsində böyük diplomat kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin üzərinə qoyulması dair qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli. 2-1(81)-3164/2019 saylı qərarı ilə iddiaçı Yediyarov Rizvan Yediyar oğluna təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi diplomatik kuryer şöbəsində böyük diplomat kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilib.

Məsələyə münasibət bildirən hüquqşünas Yaşar Ağazadə deyir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır: “Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarına əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 01 mart tarixinədək ehtiyyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması biz ərizəçilərin pensiya təminatı hüququnun pozulmasına gətirib çıxarır.

Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.

Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Hüquqşünas qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13-cü maddəsinə əsasən Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) -hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır.   Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 83.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməlidir”.

“İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarının qəbul edilməsi və qəbul edildiyi tarixdən əvvəlki hüquq münasibətlərinə şamil edilməsi maraqlarına toxunan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən pensiyaya çıxmış şəxslərin pensiya təminatı hüququnun pozulmasına, həmin hüququ pozulan şəxslər tərəfindən məhkəmələrə müraciət edilməsinə və nəticədə məhkəmələrdə iş yükünün çoxalmasına gətirib çıxarır. Buna görə də hesab edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarınınAzərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğun olmaması barədə qərar qəbul edilməsi zəruridir”,- deyə Y.Ağazadə qeyd edir.

Qeyd edək ki,  Bayramov Nəcməddin Seyfəddin oğlu, Bağırov Ramiz Sabir oğlu, Yediyarov Rizvan Yediyar oğlu, Qocayev Şamo Abdulkərim oğlu, Şıxəliyev Aqil Malik oğlu, Orucov Azər Aydın oğlu, Hüseynov İsmayıl Xudabaxış oğlu, Məmmədova Ofeliya Müzəffər qızı, Kərimov Səfər Abbas oğlu, Alzamanova Yelena Stepanovna, Məmmədov Sahib Hümbət oğlu, Mahmudov Çingiz Məmməd oğlu, Hüseynli Fazil İsa oğlu, Hüseynov Orucəli Bəhlul oğlu, Hüseynov Nazim İsmayıl oğlu, Kərimli Namiq Rəhim oğlu, Nuri Ağa-Əli Tofiq oğlu, Nuriyev Tofiq Ağa-Əli oğlu, Ələsgərov Mübariz Həsən oğlu, Dadaşov Nadir Barat oğlu, Mahmudov Arif Xudaverdi oğlu, Əmrahov Müşfiq Vaqif oğlu, Məmmədov İlqar İlyas oğlu, Qasımov Yadigar Məhəmməd oğlu, Hacıyev Çingiz Veysəl oğlu, Ramazanov Nurəddin Alov oğlu, Mahmudov Vaqif Yunis oğlu, Balayev Vəzir Şahmar oğlu, Əliyev Mərifət Qardaşxan oğlu, Həsənov Qurban Rəhim oğlu və Həsənov Behzad Salam oğlu problemlə bağlı Azərbaycan Respublikasının Birici Vitse-Prezidenti Mehriban xanım Əliyevaya da müraciət ediblər.