Özəlləşdirməyə çıxarılan səhiyyə və təhsil müəssisələrinin - SİYAHISI

  • By admin
  • 15 Noyabr 2016 16:15

herrac2

Dövlət hərraclarında 1000 kv.m-lik ərazi cəmi 15 min manata satıldı

1 və 8 noyabr tarixlərində paytaxt və respublika üzrə hərraca çıxarılmış obyektlərin nəticələri açıqlanıb. Gununsesi.info Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin saytına istinadən həmin nəticələri təqdim edir.
Beləliklə,01 noyabr 2016-cı il tarixdə Bakı şəhəri üzrə keçirilmiş hərracda obyektlər hansı qiymətə satılıb.

– 14/2 saylı mağaza- Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində 99.4kv.m-lik obyekt 17 min manata;

– 4 saylı Məişət evi- Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində 193.5 kv..m-lik obyekt 20 min manata;

– 91 saylı mağaza- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, 67.1 kv.m-lik obyekt 20 min manata

– 26 saylı pavilyon-Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 38.8 kv.m-lik sahə 5.6 min manata

– Rəngləmə sexi- Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 3B, sahəsi 65 kv.m-lik obyekt 7 min manata

– Şinlərin üzləmə sexi (avadanlıq)- Sumqayıt şəhəri, Çerkassi küçəsi,204E-də yerləşən obyekt 1500 manata;

– 94 saylı bufet- Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 70F-də yerləşən 252.9 kv.m-lik obyekt 18 min manata;

– 19 saylı çayxana-Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində 59 kv.m-lik obyekt 8 min manata

– 49 saylı yeməkxana-Yevlax şəhəri, sahəsi 82 kv.ml-lik obyekt 3 min manata;

– 1 saylı çöbərəkbişirmə sexi- Kürdəmir şəhərində 337 kv.m-lik sahə 20 min manata;

– İsmayıllı Baş barama qurutmaxanası- İsmayıllı şəhəri,71.3 kv.m-lik obyekt 12 min manata;

– Qeyri-yaşayış binası- Qobustan şəhəri, M.Ə.Sabir küçəsində 52.3 kv.m-lik obyekt 7 min manata;

– 5 saylı yeməkxana- Cəlilabad rayonunda 71.1 kv.m-lik sahə 8 min manata;

– Fotoatelye – Şəki şəhəri, Heydər Əliyev prospektində 27.3 kv.m-lik sahə 4 min manata;

– 36 saylı mağaza – Şəki şəhəri, H.Əkbərov küçəsi, 38-də yerləşən 25.2 kv.m-lik obyekt 4,5 min manata;

– 173 saylı mağaza – Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 61-də yerləşən 125.4 kv.m-lik obyekt 18 min manata.

08 noyabr 2016-cı il tarixdə respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərraclara çıxarılan dövlət əmlakların satışlarına gəlincəa aşağıdakı kimidir:

-44 saylı mağaza (inşaat materialları)- Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 100 kv.m-lik obyekt 21.2 min manata;

– 112 saylı mağaza (ərzaq) – Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 89.2 kv.m-likobyekt 20 min manata;

– Texniki Ticarət Mərkəzi – Şəki rayonu, Qoxmuq kəndində yerləşən obyekt 975 kv.m-lik torpaqla birlikdəolan obyekt cəmi 15 min manata satılıb.

– Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 94-də həmin rayonun Mənzil Kommunal Təsərrüfatı Departamentinə məxsus 8 mərtəbəli binanın yarımzirzəmisinin 62.2 kv.m-lik sahəsi 50 min manata;

– Yenə Qara Qarayev prospektində yerləşən 5 mərtəbəli binanın zirzəmisinin 55 kv.m-lik sahəsi 20 min manata;

– Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37-də yerləşən Mənzil Kommunal Təsərrüfatı Departamentinə məxsus 5 mərtəbəli binanın zirzəmisinin 30.8 k.m-lik bir hissəsi 6.5 min manata;

– Yasamal rayonu, İnşaatçılar prospekti,5-də həmin rayonunun Mənzil Kommunal Təsərrüfatı Departamentinə məxsus 4 və 5 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsi 10 min manata;

– Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 55-də Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus 9 mərtəbəli binanın 1-ci mərtəbəsinin 12.8 kv.m-lik hissəsi 4 min manata satılıb.

Qeyd edək ki, hökumət bir sıra dövlət əhəmiyyətli müəssisələrin, sosial obyektlərin də adı salınıb. Bura təhsil, səhiyyə, istehsal müəssisələrin adlarına rast gəlmək olur.

cedvel23

1 2 3 4 5 6 7

Vüsalə Rüstəmova

Gununsesi.info