Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirilib

  • By ilhame
  • 03 Dekabr 2023 15:04

Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib.

Bu barədə sayta DİM-dən bildirilib.

Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın 2-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

İmtahanda 89 nəfər iştirak edib. Növbəti imtahanın 2024-cü il martın 9-da keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info