Bu il Qaradağlı kəndində axtarış-qazıntı işləri aparılacaq - Eldar Səmədov

  • By ilhame
  • 31 Mart 2024 13:14

Bu il Xocavənd rayonunun Qaradağlı kəndində axtarış-qazıntı işləri aparılacaq.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

 

Onun sözlərinə görə, təsdiq olunmuş plana uyğun olaraq işlər aprılacaq: “Mən fürsətdən istifadə edərək qazıntı işlərində iştirak edən qurumlara təşəkkür edirəm. Əsas hədəfimiz sonuncu itkinin taleyinin müəyyən olunmasına kimi işləməkdir”.

Gununsesi.info