
Bu ilin ilk 3 ayında Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb.
Gununsesi.info bildirir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib.
Onlardan 1-i 18 yaşadək, 57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı, 7-i fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işsiz, 630-u kişi, 9-u qadın, 7 nəfəri isə xarici ölkə vətəndaşı olub. Onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.
Əcnəbilərdən 1-i İran, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşı olub.
Gununsesi.info