Dövlət Komissiyasından Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bədbin AÇIQLAMA

  • By admin
  • 28 Noyabr 2017 13:18

Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub, iş davam edir.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib.

“Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi onların azad olunmasına nail ola bilməmişik. Amma inanıram ki, ölkə rəhbərliyinin başçılığı ilə bu məsələnin öhdəsindən gələcəyik”, – deyə o bildirib.

Gununsesi.info