Dövlət Komissiyasından vətəndaşlara müraciət: “İtkin düşmüş şəxslərlə bağlı”

  • By admin
  • 08 Sentyabr 2016 18:02

itkin komissiyasi

 Dövlət Komissiyası vətəndaşlara müraciət etdi 

HTML tutorial

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi və sistemləşdirilməsi işini davam etdirir. 

Komissiyadan Gununsesi.info-ya bildirilib ki, aidiyyəti dövlət qurumlarının vasitəsilə aparılan araşdırma nəticəsində itkin düşmüş şəxslərin böyük əksəriyyəti haqqında məlumatların dəqiqləşdirilməsinə baxmayaraq, 100-dən çoxunun fotoşəkilinin əldə edilməsi mümkün olmayıb.  

Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası təqdim edilən siyahıdakı itkin düşmüş şəxslərin ailə üzvlərindən, qohumlarından, dostlarından və yaxınlarından (sinif, tələbə, əsgərlik və ya iş yoldaşlarından, qonşularından, həmkəndlilərindən və onları tanıyan digər insanlardan) onların fotoşəkillərinin tapılmasına yardım etmələrini xahiş edir. 

Fotoşəkillər Komissiyasının İşçi qrupuna (Bakı şəhəri, Parlament prospekti 14), Dövlət Təhlükəsizliyi Xidmətinin yerli struktur bölmələrinə təqdim edilə, eyni zamanda Dövlət Komissiyasının elektron poçt ünvanına: info@human.gov.az ndərilə bilər. 

Qurum vətəndaşları bir daha bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına yardım etməyə çağırır.  

Gununsesi.info