Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri Esmira Əsədova ilə görüşü keçirilib.
Komitədən Gununsesi.info-ya bildirilib ki, komitə sədri son illər ərzində Azərbaycanın diaspor quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin xaricdə tanıdılması istiqamətində görülmüş işlərdən danışıb, qarşıda duran başlıca vəzifə və məqsədlər haqqında fikirlərini bildirib.
Görüşdə Kanadadakı Azərbaycan icması, diaspor təşkilatlarının fəaliyyəti və gələcək perspektivləri müzakirə edilib. Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin və ölkəmizin haqq səsinin Kanada ictimaiyyətinə çatdırılması barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1992-ci ildən Kanadanın Toronto şəhərində yaşayan Esmira Əsədova Kanadada ilk Azərbaycan Cəmiyyətinin yaradıcılarından biridir. O, Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, ölkəmizin daha yaxşı tanıdılması, Qarabağ həqiqətlərinin təbliği ilə məşğul olub. 1990-cı illərdə Kanadada Azərbaycan diasporunun formalaşması istiqamətində əvəzsiz işlər görüb, məhz onun təşəbbüsü və aparıcılığı ilə həmin illərdə Kanadanın ingilis və fransız dilli televiziyasında Azərbaycan dilində proqramlar yayımlanıb.
Gununsesi.info