Dövlət Məşğulluq Agentliyinin qərar mexanizmi yenilənə bilər

  • By Admin2
  • 03 Mart 2026 13:05

Ombudsman il ərzində ona ünvanlanmış müraciətlərin araşdırılması, milli preventiv və müstəqil monitorinq mexanizmi fəaliyyətləri çərçivəsində həyata keçirilən başçəkmələr və monitorinqlər, aparılan müşahidələr, qanunvericiliyin, habelə mediada və sosial şəbəkələrdə dərc edilən məlumatların təhlili nəticəsində, habelə sosial dövlət prinsiplərindən irəli gələrək insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, müsbət təcrübələrin tətbiqi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə bir sıra məsələlər təklif edilib.

Gununsesi.info xəbər verir ki, təkliflər paketinə daxil olan məsələlərə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin icrasının daha səmərəli təmin edilməsi, ölkənin sosial inklüzivlik siyasətinin gücləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və ölkəmizin inklüziv cəmiyyət quruculuğunda beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi məqsədilə Qlobal Əlillik İnklüzivliyi üzrə Əmman – Berlin Bəyannaməsinə qoşulması, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yaratdığı müvafiq yerli komissiyanın özünüməşğulluğa cəlb edilmə barədə qərarının işsiz və işaxtaran şəxsin elektron kabinetinə yerləşdirildiyi, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərildiyi tarixdən hesablanmaqla əmlakın verilməsi barədə müqavilənin bağlanılmasınadək müddətin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”na dəyişikliyin edilməsi daxildir.

Bundan başqa, təklif olunan məsələlər dair deyilir:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yaratdığı müvafiq yerli komissiyanın özünüməşğulluğa cəlb edilmə barədə qərarının işsiz və işaxtaran şəxsin elektron kabinetinə yerləşdirildiyi, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərildiyi tarixdən hesablanmaqla əmlakın verilməsi barədə müqavilənin bağlanılmasınadək müddətin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”na dəyişikliyin edilməsi və özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək (əmlak təhvil verilənədək) işsiz şəxslərə, xüsusən də bir sıra hallarda həmin şəxslərin müvafiq əmlakla təmin olunması prosesinin bir ildən artıq müddətə uzandığını nəzərə alaraq, onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi də təkliflərə daxil edilsin.

Orxan

Gununsesi.info