Dövlət müşaviri: “Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir”

  • By admin
  • 20 İyul 2016 18:26

kamallll

 

“Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirsə, deməli, dostlarımızı doğru seçmişik”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev deyib. “Ötən il Los- Ancelesdən Azərbaycana tanınmış ravvin David Volpenin rəhbərliyi altında yəhudi nümayəndə heyəti qonaq gəlmişdi. ABŞ-a geri dönəndə David Volpe gördüklərinə və əyani şahid olduqlarına əsaslanaraq  “Azərbaycan Şərqdə multikulturalizm oazisidir” adlı məqalə nəşr etdirdi”-deyən K. Abdullayevin sözlərinə görə,  bundan sonra ABŞ-dakı ermənilər və ermənipərəst qüvvələr ravvinə sosial şəbəkələr, mətbuat vasitəsilə təzyiqlər etməyə başladılar. “Həmin vaxt David Volpenin müdafiəsinə, dolayısı ilə də Azəbaycan xalqının haqq işinin müdafiəsinə keçən ilki beynəlxalq multikulturalizm məktəblərinin tələbələri qalxdılar. Onlar sosial şəbəkələrdə, mətbuatda ermənipərəst qüvvələrə layiqli cavab verdilər. Bu onu göstərir ki, deməli, biz dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan öncəki “yay məktəbləri”nin tələbələrinə olduğu kimi indikilərə də ömrünüz boyu dost olmağı təklif edir. Biz sizinlə  bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi. Dostluğumuza xoş gəldiniz”-deyə, o, sonra qeyd edib.

Gununsesi.info