
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhmdarı olduğu Rusiyanın “Bank VTB” ASC-dən indiyə qədər 25 milyon dollar həcmində dividend əldə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, “Bank VTB” Rusiyanın ən iri banklarından biridir: “Müəyyən parametrlərinə görə birinci, digər parametrlərinə görə ikinci yerdədir. Onun səhmlərinin 60 faizi Rusiya dövlətinə məxsusdur. Bu baxımdan Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bu bankın səhmlərini bir qədər ucuzlaşdırıb. Amma analitiklərin proqnozlarına görə, sanksiyaların səngiməsindən sonra onun səhmlərinin ən azı 25 faiz bahalaşa bilər”.
Ş.Mövsümov əlavə edir ki, Fond uzunmüddətli investordur və “Bank VTB” bankdakı payını satmaq niyyətində deyil.
Vüsalə Rüstəmova
Gununsesi.info