VİDEO




Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

XƏBƏR LENTİ

27 İyul 2017

17 İyul 2017 - 09:58

Dövlət Neft Fondunun aktivləri 5 faiz artıb

neft-fondu-1

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci ilin yanvar–iyun ayları ərzində büdcə gəlirləri 6 127,2 milyon manat, büdcə xərcləri isə  5 533,8 milyon manat təşkil edib.

Gununsesi.info bu haqda ARDNF-ə istinadən bildirir.

2017-ci ilin yanvar–iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 458,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 443,1 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 9,7 milyon manat  təşkil etmişdir.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 milyon manata bərabər olmuşdur.

Fondun 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 991,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

– Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 milyon manat,

– Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 milyon manat,

– Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 milyon manat vəsait ayrılıb.

–  4,7 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

– Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə  2 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib.

– 2017-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,2 milyon manat təşkil edilib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 98,4 milyon manat təşkil edib.

2017-ci il iyulun 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 4,96% artaraq 34 790,9 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.

Vüsalə Rüstəmova 

Gununsesi.info

 





loading...
Loading...