Dövlət orqanlarında vahid əməkhaqqı sistemi olacaq

  • By admin
  • 22 İyun 2022 14:32

Parlament “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıb. 

Gununsesi.info xəbər verir ki, spiker Sahibə Qafarova deyib ki, gündəliyin son 5 qanun layihəsi Azərbaycan prezidentinin təşəbbüsü ilə parlamentə daxil olub.

Daha sonra vitse-spiker qanun layihələrinə olan dəyişiklər barədə məlumat verib. Qeyd edək ki, dəyişikliklərdə vahid əməkhaqqına keçid nəzərdə tutulur. Qanun layihələri dövlət orqanlarında vahid əməkhaqqının tətbiqinə gətirib çıxaracaq: “Komitəmizdə bu müzakirə edilib və müsbət qiymətləndirilib”.

Komitə sədri Tahir Mirkişili də qanun layihələrini dəstəkləyib və təşəbbüsə görə, Azərbaycan prezidentinə təşəkkür edib.

Daha sonra “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hesablama Palatası haqqında” və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Gununsesi.info