Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçiriləcək

  • By admin
  • 21 İyul 2023 11:26

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 23-ü dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

Gununsesi.info DİM-ə istinadən xəbər verir ki, imtahan kompüterlər vasitəsilə aparılacaq.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı).

İmtahana qeydiyyat iyunun 25-dən 20 iyul saat 11:00-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Gununsesi.info