Dövlət qurumları 2,9 milyon dollarlıq büdcə vəsaitini səmərəli istifadə etməyib…

  • By admin
  • 11 Aprel 2017 16:39
dollar
Hesablama Palatası yoxlamaları nəticəsində  dövlət qurumları ümumilikdə 4,1 mln. manat və 2,9 mln. ABŞ dolları büdcə vəsaitinin səmərəli istifadə etmədiyini aşkar  edib.
 Gununsesi.info xəbər verir ki, bu Hesablama Palatasının  2016-ci ilin yekunları ilə bağlı hesabatında öz əksini tapıb.
 
Palatanın  dövlət vəsaitlərindən düzgün və səmərəli istifadəsi ilə  bağlı dövlət strukturlarında yoxlama aparıb.
Nəzarət tədbirləri ilə büdcə vəsaiti hesabına alınmış müxtəlif inventar və avadanlıqlar anbarda uzun müddət istifadəsiz saxlanılması, əvəzsiz verilmiş məhsulların alınmasına vəsait yönəldilməsi, zərurət olmadan və qısa müddət ərzində xidmətlərin təkrarlanması, müxtəlif xidmətlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edilməməsi, real tələbata, həmçinin faktiki xərcə uyğun  olmayan alış və xidmətlərə görə xərclərin aparılması kimi hallara yol verilməklə ümumilikdə 4,1 mln. manat və 2,9 mln. ABŞ dolları büdcə vəsaitinin səmərəli istifadə olunmadığı müəyyən edilib.
Hesabat dövründə eyni zamanda malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı müəyyən edilmiş nöqsanlar bir neçə istiqamətdə fəaliyyəti əhatə etmiş, o cümlədən 69 halda ehtimal olunan qiymətin müəyyən düzgün müəyyən olunmaması, 116 halda malgöndərəndən (podratçılardan) ixtisas dərəcəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı zəruri məlumatların, o cümlədən maliyyə vəziyyəti ilə bağlı məlumatların alınmaması, 31 halda satınalma üzrə elanların və nəticələrin, habelə bağlanmış satınalmaların rəsmi internet saytında yerləşdirilməməsi, 6 halda müvafiq qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun gəlməyən iddiaçılarla müqavilələrin bağlanılması, 37 halda müqavilə üzrə tenderin əsas şərtlər toplusunda göstərilməyən hallarda satınalma müqaviləsi ilə nəzərdə tutulmuş şərtlərin (o cümlədən qiymətin və müddətin) dəyişdirilməsi hallarına rast gəlinib.
Mürtəza
 Gununsesi.info