Dövlət qurumu vətəndaşın ərizəsini qəbul etmirsə, nə etməli?

Bəzən cəmiyyətdə vətəndaşlar tərəfindən bu cür narazılıqlar eşitmək olur.

Məsələn, hansısa quruma ərizə yazır, ancaq qurum o ərizələri qəbul etmir.

Maraqlıdır, bu halda vətəndaş nə etməlidir?

Hüquqşünas Rəşad Səfərov bu barədə Gununsesi.info-ya deyib:

“Müraciətlərə baxılması haqqında” Qanuna görə, dövlət qurumları hər bir müraciəti qeydiyyata almalı və icra etməlidir”.

O, həmçinin qeyd edib:

“Ərizə qəbul olunmursa, vətəndaş aktlaşdırma (şahid, video və s.) yolu ilə faktı sənədləşdirə, daha sonra məhkəməyə və Ombudsman Aparatına müraciət edə bilər”.

 

 

Firuzə
Gununsesi.info