Bayram öncəsi yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi reydlər keçirilir.
DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə tədbir keçiriblər.
Reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə, bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib.
Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.
Gununsesi.info