
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Uelsdə qəribə hadisə baş verib.
Mark Lloyd adlı 33 yaşında olan bir kişi onurğa sütunundakı problemi əsas gətirərək 50 metrdən çox yeriyə bilmədiyini, hər 20 dəqiqədən bir oturmalı olduğunu iddia edərək dövlətdən sosial yardım alıb.
Lakin dövlətdən toplam 6551 sterlinq (təxminən 13 min AZN) yardım alan Lloydun saxtakarlığı ortaya çıxıb.
Belə ki, çox gəzə bilmədiyini iddia edən Mark bir yarışa qatılaraq Afrikanın ən yüksək dağ zirvəsi olan Klimancaroya qalxıb. O, dağa qalxmaq üçün dayanmadan 10-12 saat yürüş edib. Eyni zamanda, Lloyd dağda xizək sürüb.
Məhkəmə isə saxtakarlıqda təqsirli bilinən Mark Lloyda olduqca qəribə cəza kəsib. Hakim Marka dağa qalxma, xizək, üzgüçülük və s. kimi fəaliyyətlərlə məşğul olaraq pul yığmaq cəzası verib.
Gununsesi.info