Dövlətin yarım milyarda yaxın pulunu yeyənlər azadlıqda

Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov azadlığa buraxılıb.

 

Gununsesi.info xatırladır ki, onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və başqa maddələrilə ittiham verilmişdi.

 

Sabiq nazir R.Əliyevə 144 milyon manat, keçmiş komitə sədri H.Rüstəmova 212 milyon, S.Həbibbəyli və M.Əsgərova 132 milyon manatlıq mənimsəmə ilə bağlı ittiham verilmişdi.

 

 

Elçin

Gununsesi.info