“Dövlətə xəyanətdə” ittiham edilən jurnalist MƏHKƏMƏ QARŞISINDA

  • By admin
  • 22 Yanvar 2020 14:55

Dövlətə xəyanətdə ittiham edilən “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. 

Gununsesi.org “Oxu.az” saytına istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik bəlli deyil.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.
P.Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Gununsesi.org