Dövlət Agentliyində yeni TƏYİNAT

  • By admin
  • 16 Fevral 2022 12:50

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Agentliyinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Pərvin Baxşəliyeva qurumun Marketinq və tədbirlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl Dövlət Agentliyində koordinator vəzifəsində çalışıb.

Gununsesi.info